EPO kimya

EPO Kimya, 2007-ci ildə Azərbaycanda qurulmuş Azərbaycan və Türkiyə birgə şirkətidir. Şirkət super və hiper beton qatqıları, həmçinin keramika yapışdırıcıları, su və termo izolyasiya məhsulları, özü yayılan məhsullar və dekorativ suvaqlar kimi sement və gips əsaslı məhsullar istehsal edir.

Epo Kimya olaraq 2007-ci ildən tikinti sektoruna dövrün tələblərinə uyğun məhsullar istehsal edirik. Fəaliyyətimizi iki istiqamətdə davam etdirərək bazar tələbatını qarşılayırıq. Sektorun mürəkkəbləşməsini nəzərə alaraq beton qatqıları ilə fəaliyyətə başladıq. Bu sahədə tələb olunan super və hiper beton qatqılarının çeşidlərini yaradıb həm ölkədə, həm də ölkə hüdudlarından kənarda innovativ nailiyyətlər əldə etdik.

Vizyonumuz: İstehsal etdiyimiz məhsullar və göstərdiyimiz xidmətlərlə ölkəmizə və millətimizə layiqli komanda olmaq!

Missiyamız: Qazandığımız təcrübələri və etdiyimiz yenilikləri məhsullarımız vasitəsi ilə inşaat sektoruna ötürərək cəmiyyətdə inam qazanmaq!

Ətraflı məlumat və məhsul kataloqu üçün epo.com.az saytına keçid edə bilərsiniz.

Beton qatqıları

Polikarboksilat, PCE modifie, naftalin sulfonat və sodium lignosulfonat əsaslı super və hiper beton qatqıları, sement qatqıları və digər beton əlavələri.

Sement və gips əsaslı məhsullar

Keramika yapışdırıcıları, su izolyasiya, termo izolyasiya, özü yayılan məhsullar və müxtəlif tipli dekorativ suvaqlar.

Avtomatlaşdırılmış istehsal

Bütün istehsal prosesləri avtomatlaşdırılmış texnologiyalar əsasında həyata keçirilir, məhsullar ən son avadanlıqlarla təchiz olunmuş iki laboratoriyada sınaqdan keçirilir.

Bizim materiallarımız sizin biznesinizin təməlidir

Ölkəmizin tikinti kimyəviləri istehsalı sektorunda fəaliyyət göstərən ən qabaqcıl şirkətlərdən biri olan EPO Kimya müxtəlif təyinatlı kafel və keramika yapışdırıcıları, hidroizolyasiya məhsulları, hazır suvaqlar, üzlük və döşəmə materialları, termo izolyasiya materialları istehsal edir və mövcud məhsulların təkmilləşdirilməsini və çeşidlərin artırılmasını diqqətdə saxlayır.

Kateqoriya 1 Kateqoriya 2 Kateqoriya 3 Kateqoriya 4