Quru inşaat qarışıqları

Quru inşaat qarışıqları

Sement və gips əsaslı məhsullar

Quru inşaat qarışıqları "EPO Kimya" markası altında istehsal olunur. Məhsul çeşidinə keramika yapışdırıcıları, su izolyasiya və termo izolyasiya məhsulları, özü yayılan döşəmə qarışıqları və müxtəlif tipli dekorativ suvaqlar daxildir. Məhsullar kafel və keramikanın yapışdırılmasında, hamam, mətbəx, dam və zirzəmilərin hidroizolyasiyasında, fasadların istilik izolyasiyasında, döşəmələrin hamarlanmasında və divarların dekorativ suvaqla bəzədilməsində istifadə olunur. Hər bir qarışıq dəqiq reseptura ilə hazırlanır, işlənməsi asandır və uzunmüddətli möhkəmlik təmin edir.

Avtomatlaşdırılmış istehsal və laboratoriya nəzarəti

Bütün istehsal prosesləri avtomatlaşdırılmış texnologiyalar əsasında həyata keçirilir. Məhsullar ən son avadanlıqlarla təchiz olunmuş iki müxtəlif laboratoriyada sınaqdan keçirilir.

Geniş məhsul çeşidi

Epomix, Epocement, Epofloor, Epogrout, Eposeal, Eporoof Coat, Decotex və digər məhsullar tikintinin müxtəlif mərhələlərində — kafel döşənməsindən hidroizolyasiya və döşəmə işlərinə qədər istifadə olunur.

EPO Kimya 2007-ci ildən tikinti sektoruna dövrün tələblərinə uyğun məhsullar istehsal edir, mövcud məhsulların təkmilləşdirilməsini və çeşidin artırılmasını daim diqqətdə saxlayır. Hər partiyanın keyfiyyəti laboratoriya sınaqları ilə yoxlanılır.

EPO Kimya