Boya məhsulları

Penguin

Yüksək keyfiyyət və davamlılıq

İstehsal etdiyimiz boya məhsulları yüksək keyfiyyət və davamlılıq ilə seçilir. Hər bir məhsulumuz, müasir texnologiyalarla hazırlanaraq daxili və xarici məkanlar üçün ideal həllər təqdim edir. Rəng seçimi geniş olan boyalarımız, həm estetik, həm də uzunömürlüdür. CMT şirkəti, müştərilərinin tələblərinə uyğun yüksək standartlara cavab verən boya məhsulları ilə tikinti və dizayn sahəsində fərqlənir. Məhsul çeşidinə interyer və eksteryer boyaları, dekorativ boyalar, laklar, astarlar, dolğular, taxta qoruyucuları, metal səthlər üçün boyalar və tinerlər daxildir. Boyalarımız suvaq, beton, taxta və metal səthlərə asanlıqla tətbiq olunur, yüksək örtücülük qabiliyyəti ilə sərfiyyatı azaldır və uzun illər rəngini qoruyur.

Penguin, Zink və Knarr markaları

"Penguin" markası altında interyer və eksteryer boyaları, dekorativ boyalar, laklar, dolğular və taxta qoruyucuları istehsal olunur. "Zink" xətti silikon, akrillik kopolimer və PVA əsaslı iç və çöl boyalarını, "Knarr" isə sənaye, mebel, gəmi və avtomobil boyalarını əhatə edir.

İnteryerdən sənayeyə qədər

Yüksək keyfiyyətli antikorroziv astarlar metalın uzun ömürlü olmasını təmin edir. Epoksid döşəmə örtükləri səthdə hamar və parlaq görünüş yaradır, avtomobil boya sistemləri isə nahamarlıqların təmirindən son qat boyaya kimi bütün boyaları özündə saxlayır.

"Knarr" markası altında sənaye, mebel, gəmi və avtomobil boyaları, o cümlədən yanğın gecikdirici örtüklər, yol cizgi boyaları və "Transocean" gəmi boyaları istehsal olunur. Boya sistemləri C2 və C3 korroziya kateqoriyaları üçün alkid və tez quruyan məhsullar əsasında hazırlanır.

Knarr