Super və hiper beton qatqıları
Sektorun mürəkkəbləşməsini nəzərə alaraq "EPO Kimya" beton qatqıları ilə fəaliyyətə başlamışdır. Bu sahədə tələb olunan super və hiper beton qatqılarının çeşidlərini yaradaraq həm ölkədə, həm də ölkə hüdudlarından kənarda innovativ nailiyyətlər əldə edilmişdir. Beton qatqıları betonun işlənmə qabiliyyətini artırır, su/sement nisbətini azaldır, erkən və son möhkəmliyi yüksəldir. Bu məhsullar hazır beton zavodlarında, prefabrik elementlərin istehsalında, yüksək mərtəbəli binaların, körpülərin və infrastruktur obyektlərinin tikintisində geniş tətbiq olunur.
Məhsul qrupları
Polikarboksilat əsaslı qatqılar (Epocon 900, 900 Plus, 980, 980 Plus), PCE modifie qatqıları, naftalin sulfonat əsaslı qatqılar (Epocon 485, 585, 585 Plus), sodium lignosulfonat əsaslı qatqılar, sement qatqıları (Epochem 200, 700, 770) və digər beton əlavələri (Epocon Air, Epocon WP, Epocon Antifreeze).
Laboratoriyada sınaqdan keçirilmiş keyfiyyət
Beton qatqıları avtomatlaşdırılmış istehsal xəttində hazırlanır və iki müxtəlif laboratoriyada sınaqdan keçirilir. Qazanılan təcrübə və yeniliklər məhsullar vasitəsi ilə inşaat sektoruna ötürülür.
Polikarboksilat əsaslı Epocon seriyası yüksək su azaltma və uzunmüddətli işlənmə qabiliyyəti tələb olunan betonlar üçün, Epocon Air hava sürükləyici, Epocon WP su keçirməzlik, Epocon Antifreeze isə soyuq havada betonlama üçün nəzərdə tutulub.