“Penguin”in Mingəçevirdə rəsmi satış nöqtəsi açıldı

31 oktyabr, 2022 Şirkət xəbərləri
Mingəçevir şəhərində “MRT İnşaat” mağazasında “Penguin” məhsullarının rəsmi satış filialı fəaliyyətə başladı.
“Penguin”in Mingəçevirdə rəsmi satış nöqtəsi açıldı

Ən müasir standartlara cavab verən avadanlıqlarla təchiz olunmuş yeni filial Mingəçevir şəhəri, Təbriz küçəsi 10A (Sağ Sahil) ünvanında yerləşir.

Mağaza ziyarətçiləri məhsullarla və rəng kataloqları ilə əyani şəkildə rahat tanış olmaları üçün “Penguin”in yeni satış filialı şourum formatında təşkil olunub. Filialda interyer, eksteryer və metal boyaları, tinerlər, laklar və taxta qoruyucuları kimi geniş çeşiddə bir çox məhsullar təqdim edilir. Mağaza ilə əlaqə saxlamaq istəyən müştərilər (+994 50) 261 39 03 nömrəsinə zəng edə bilərlər.

“Penguin” rəsmi satış şəbəkəsinin inkişafı istiqamətində mütəmadi olaraq addımlar atır, yeni satış nöqtələrinin açılışını həyata keçirir, eləcə də müxtəlif mağazalarla əməkdaşlığı genişləndirir. “Penguin” boyalarının paytaxt və rayonlarda digər yeni rəsmi mağazalarının və satış filiallarının açılması gələcəkdə də nəzərdə tutulub.