Haqqımızda

2010-dan bəri fəaliyyətinizdə

Şirkətimiz 2010-cu ildə fəaliyyətə başlayaraq inşaat və boya istehsalı sahəsində öz mövqeyini qurmuşdur. Yaranışımızdan bəri məqsədimiz keyfiyyət, innovasiya və davamlılıq prinsiplərinə əsaslanaraq müştərilərimizə mükəmməl xidmətlər təqdim etmək olmuşdur.
Boya istehsalında, həm daxili, həm də xarici məkanlar üçün estetik və uzunömürlü həllər təqdim edərək sektorda fərqlənirik. Müasir texnologiyalardan istifadə edərək, geniş rəng seçimi və ekoloji təmiz məhsullarımızla yaşayış və iş mühitlərini gözəlləşdirməkdə qərarlıyıq.
Eyni zamanda, inşaat sahəsində etibarlı və davamlı layihələr həyata keçirərək müştərilərimizin etimadını qazanmışıq. Peşəkar komandamızın təcrübəsi və strateji yanaşması ilə müştərilərimizin arzu etdiyi layihələri reallığa çeviririk.
Şirkətimizin əsas hədəfi, tikinti və boya sənayesində liderliyimizi qoruyaraq, həm yerli, həm də beynəlxalq səviyyədə müştərilərimiz üçün etibarlı tərəfdaş olmaqdır. 2010-cu ildən bu yana, dayanmadan inkişaf edir, yenilikçi həllərimizlə gələcəyin standartlarını müəyyən edirik.

Etibar Edilən Keyfiyyət

Keyfiyyət- illərin təcrübəsi və müasir texnologiyanın harmoniyasından yaranır. Bizim məhsullarımız, davamlılıq və müştəri məmnuniyyəti ilə fərqlənir.

Yenilikçi Həllər

Dəyişən tələblərə uyğun, müştərilərimizin gözləntilərini aşan xidmətlər göstəririk. Bizim üçün hər yenilik daha parlaq bir gələcək deməkdir.

Müştəriyönümlü Yanaşma

Biz, müştərilərimizin gözləntilərini dinləyərək, fərdi yanaşma və yüksək səviyyəli xidmətlə fərqlənirik. Hər addımda sizi düşünərək həllər yaradırıq.

Güclü Əməkdaşlıqlar və İnnovasiyalar

İlk əməkdaşlığını Türkiyə şirkəti olan “Epo Yapı-Kimya Sanayi Ltd. Şti.” ilə quran “CMT” istehsal dairəsini beton qatqı məhsulları ilə genişlədib. Hazırda markanın bölgədəki bütün səlahiyyətlərini əlində cəmləyən “CMT” fəaliyyət sahəsini artıraraq … məhsullarını markaya əlavə edib. “Epo” kimyəvi beton qatqıları betona yüksək keyfiyyət, möhkəmlik və estetik görüntü verir. Texniki inşaat mühəndisliyi istiqamətində yeniliklər edən “CMT” bölgə üzrə aldığı ekskluziv distributorluqlarla növbəti inkişaf mərhələsinə addımlaya bilib. “Nora” döşəmə örtüyü, “Schomburg” izolyasiya materialları, “Uzin” yapışdırıcıları, “CPS Color” rəng piqmentləri və “COROB” rəngləndirmə aparatları “CMT”-nin distributorluq fəaliyyətinə aiddir.

“CMT Group” MMC-nin hazırki fəaliyyət sahələri:

Yüksək mərtəbəli yaşayış binalar, inzibati binalar, məktəblər, xəstəxanalar, mehmanxanalar, idman kompleksləri və müxtəlif təyinatlı sənaye müəssisələrində

Fasadın suvanması, boyanması və üzlənməsi
İnteryerin boyanması
Metal konstruksiyaların rənglənməsi
Fundamentlərin hidroizolyasiya işləri
Dekorativ tipli döşəmə örtükləri
Rezin tipli “Nora” döşəmə örtükləri

İstehsal və satış məhsulları

“Penguin” dekorativ boyalarının istehsalı və satışı
“KNARR” sənaye, gəmi və mebel boyalarının istehsalı və satışı
“Epo” beton qatqılarının istehsalı və satışı

Distribusiya məhsulları

“Schomburg” və “Uzin” izolyasiya materiallarının satışı
“CPS Color” rəng piqmentləri və “COROB” rəngləndirmə aparatlarının satışı

“CMT Group” MMC -nin
son gördüyü işlər